Agentlikdən “Ag adamlar”la bağlı -AÇIQLAMA

  • By admin
  • 02 Mart 2021 22:09

Ağ Şəhər ərazisində olduğu iddia edilən “Yalnız ağ adamlar üçün” yazısı olan reklam lövhəsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Gununsesi.info  xəbər verir ki, Azərbaycan Dövlət Reklam Agentliyi sözügedən reklam lövhəsi ilə bağlı açıqlama yayıb.

Qurumdan qeyd olunub ki, həmin fotoşəkil montaj edilib.

“Hazırda həmin ərazidə elə bir reklam lövhəsi yoxdur”, – deyə agentlikdən bildirilib.

Gununsesi.info