Kosmosda tikiləcək ilk otel qonaqlarını belə qəbul edəcək -MARAQLI

  • By admin
  • 02 Mart 2021 22:42

Amerika Birləşmiş Ştatları dünyanın ilk kosmik otelini tikmək üçün hərəkətə keçib.

Gununsesi.info  xəbər verir ki, 2025-ci ildə dünyanın aşağı orbitində inşa ediləcək otel, 2027-ci ildə qonaqlarını qəbul edəcək. 400 nəfərlik oteldə müştərilərin rahatlığı üçün hər şey olacaq.

Böyük bir dairə şəklində olacaq kosmik stansiya daim dönərək ay səthi kimi cazibə qüvvəsi yaradacaq. Dünyadakı səyahətini 90 dəqiqədən bir başa vuracaq otel 400 nəfərlik olacaq. Digər tərəfdən şirkətdən verilən açıqlamada, oteldə  kinoteatr, bir gəmi və idman salonu, bar, spa və restoran olacağı bildirilib.

Bundan əlavə oteldə Nasa və Esa kimi kosmik tədqiqat mərkəzləri hökumətlərə icarəyə veriləcək və ya satılacaq. Bununla yanaşı, ayrı-ayrı şəxslərin satın ala biləcəyi modul tipli otaqlar da satışa çıxarılacaq. Beləliklə, otel həm fərdi, həm də tədqiqat mərkəzi kimi də istifadə edilə biləcək.

 

Gununsesi.info