Ağstafada qadın sevgilisi tərəfindən bıçaqlandı

  • Müəllif: Firuzə
  • 30 Oktyabr 2025 11:02

Ağstafada bıçaqlanma qeydə alınıb.

Gununsesi.infonun məlumatına görə, Ağstafa şəhər sakini 1982-ci il təvəllüdlü E.Kiçikova bıçaq xəsarəti ilə xəstəxanaya çatırılıb. 43 yaşlı qadını əməliyyat edilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, qadın əvvəlcə sevgilisi ilə dava edib. Davadan sonra sevgilisi qadını bıçaqlayıb. Bıçaqlanan qadının rayon ərazisində yerləşən kafelərin birində işlədiyi deyilir.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində E.Kiçikovaya kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Qazax rayon sakini 30 yaşlı Elmin Qocayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info