Aİ-nin yeni səfiri Azərbaycana gəlib - FOTO

Avropa İttifaqının (Aİ) Azərbaycana yeni təyin olunmuş səfiri Marijana Kujundjiç Bakıya gəlib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Aİ-nin Azərbaycandakı Nümayəndəliyindən bildirilib.

Qeyd edilib ki, bu təyinatdan öncə Marijana Kujundjiç Avropa İttifaqının Brüsseldə Siyasi və Təhlükəsizlik Komitəsində (PSK) Xorvatiyanın nümayəndəsi olaraq çalışıb.

O, əvvəllər Xorvatiyanın Aİ yanında Daimi Nümayəndəliyində və Xorvatiyanın Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

Aİ-nin yeni səfiri Azərbaycana gəlib

 

Gununsesi.info