Avropa tezliklə Ukraynada sülh yolu ilə nizamlanmanın tərəfdarı olacaq.
Gununsesi.info xəbər verir ki, bu ssenari Macarıstanın Baş naziri Viktor Orban tərəfindən proqnozlaşdırılıb.
“Bu gün Avropada yalnız Macarıstan sülhü öz missiyası hesab edir. Amma tezliklə, miqrasiyada olduğu kimi, başqaları da müharibənin səhvini anlayıb sülh tərəfinə keçəcəklər”– deyə Orban bildirib.
Siyasətçi vurğulayıb ki, vəziyyət getdikcə mürəkkəbləşir və münaqişənin döyüş meydanında həlli mümkün olmayacaq, ona görə də atəşkəs, danışıqlar və sülh lazımdır.
Orban daha əvvəl Nyu-Yorkda BMT Baş Assambleyasının pərdə arxasında Çin və Braziliya ilə danışıqlar apararaq, Rusiya və Ukrayna arasında “sülh sammiti”ni başlatmağa çalışıb.
Qeyd olunur ki, Orbanın planını 15 ölkə – “sülh dostları” dəstəkləyir.
Bununla belə, Hindistan bu qrupa qoşulmayacaq, çünki Yeni Dehli və Pekin arasında həll olunmamış çoxlu problemlər var.
Afət