AKİ Rasim Balayevin yerinə təyinatın nə vaxt reallaşacağına aydınlıq gətirdi

Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) yeni sədrin seçilməsi Xalq artisti Rasim Balayevin qırx mərasimindən sonra baş tutacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq AKİ-dən bildirilib.

Qeyd edilib ki, o vaxta kimi təşkilatı məsələlərlə bağlı heç bir addım atılmayacaq: “Nizamnaməyə əsasən, AKİ-də operativ məsələləri katibli həll edir. Qırx mərasimindən sonra təşkilatı addımlar atılacaq və nizamnaməyə görə sədri ümumi qurultayda seçiləcək”.

Xatırladaq ki, mərhum Xalq artisti Rasim Balayev 2024-cü ildə AKİ-nin sədri seçilmişdi.

Gununsesi.info