Amerikada 250 milyon dollarlıq mənimsəmənin üstü açıldı

  • By admin
  • 21 Sentyabr 2022 11:02

ABŞ-da 250 milyon dollarlıq mənimsəmə ilə  “Türkiyədə mülk satın alan” şübhəlilərə qarşı araşdırmalar başlayıb.

Gununsesi.info-nun xarici mediaya istinadən verdiyi xəbərə görə, ABŞ prokurorları 47 nəfərin “yalan ifadə verərək aldığını” aşkarladığını və COVID epidemiyası zamanı edilən yardımdan nəzərdə tutulduğundan fərqli şəkildə istifadə etdiyininin izinə düşüb.

Bildirilir ki, hökumətin uşaqlara ərzaq yardımı etmək üçün payladığı 250 milyon dollar yardımı məninmsəyən 47 nəfər bu pulları əmlak, avtomobil və dəbdəbəli əşyalar almaq üçün istifadə edib.

Minnesota ştatında qeyri-kommersiya xeyriyyə təşkilatı olan “Gələcəyimizi qidalandırırıq” ehtiyacı olan uşaqlara ərzaq yardımı göstərmək üçün hökumət yardımı üçün müraciət edib.

Qurumun direktoru və üzvlərinə qarşı “dələduzluq” ittihamı ilə, onların bu pulları müxtəlif məqsədlər üçün istifadə etmələri əsası ilə cinayət işi açılıb.

Qurucu Aimee Bock pulları başqa məqsədlər üçün istifadə etdiyinə dair açıqlamaları rədd edir.

Bokun vəkili BBC-yə “Biz ilk gündən təqsirsizliyimizi qoruduq. Bu ittiham yalnız başlanğıcdır” desə də, FTB direktoru Kristofer Reyin deyib: “Bu “dəhşətli fırıldaqçılıq” hələ də üstü açılmamış bir çox fırıldaqlardan yalnız biridir.

ABŞ Ədliyyə Nazirliyinin açıqlamasında  isə bildirilir ki, şübhəlilər “olmayan uşaqlara heç vaxt vermədikləri qabların” qəbzlərini kəsiblər.

Qeyd edək ki, pandemiyanın əvvəlində ABŞ Maliyyə Nazirliyi qeyri-ictimai restoranlar, qeyri-kommersiya xeyriyyə təşkilatları vasitəsilə ərzaq yardımı ayırıb və  subsidiyalar verib.

Bu qərarla eyni vaxtda “Gələcəyimizi qidalandırırıq” təşkilatı yaradılıb.

Yarandıqdan dərhal sonra bir gündə minlərlə uşağa ərzaq yardımı etdiyini və faktura yığdığını bildirib. Lakin Ədliyyə Nazirliyi bu hesab-fakturaların saxta olduğunu bildirib; O, həmçinin deyir ki, yardım paylanan uşaqların adları www.listofrandomnames.com saytından götürülüb (təsadüfi adlar siyahısı).

Təşkilatın üzvü kimi görünən 47 nəfər bu pullarla ABŞ, Keniya və Türkiyədə lüks avtomobillərlə şəxsi mülklər alıb.

İttihama görə, şübhəlilər dələduzluq, sənədləri saxtalaşdırma, çirkli pulların yuyulması və rüşvətxorluq ittihamları ilə mühakimə olunacaqlar.

Mart ayında Ədliyyə Nazirliyi ümumi məbləği 1,1 milyard dollar olan dələduzluq cinayətləri törətmiş 1000-dən çox şübhəlinin müəyyən edildiyini açıqlamışdı.

Tərcümə:

Günay Təhməzova

Gununsesi.info