Amsterdamda polislə etirazçılar arasında şiddətli toqquşma olub

  • By admin
  • 02 Yanvar 2022 20:04

Niderland Krallığının paytaxtı Amsterdamda COVID-19 pandemiyası ilə əlaqədar tədbirlərin əleyhinə etiraz edənlər və polisi arasında şiddətli toqquşma baş verib.

Gununsesi.info bildirir ki, bu barədə “Guerilla Reporters”in Twitter səhifəsində məlumat verilib.

Sosial şəbəkədə hadisə ilə bağlı video yayılıb.

Videodan görünür ki, polis qalxan və dəyənəklərdən istifadə edir, bundan başqa aksiyada xidməti itlər də var.

“NL Times” isə qeyd edir ki, etirazlar şiddətli toqquşmalara çevrildiyi üçün polis güc tətbiq etməyə məcbur olub.

Ümumilikdə mitinqdə 3,5 mindən çox insan iştirak edib. Polis aksiya daha bir neçə min insanın iştirak edəcəyini gözləyir.

 

Gununsesi.info