Anar Kərimov abidələr üzrə ekspertlərlə görüşdü

  • By admin
  • 05 Dekabr 2021 13:33

Mədəniyyət naziri Anar Kərimov heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə Ekspert Komissiyasının üzvləri ilə görüşüb.

Gununsesi.info-nun məlumatına görə, bu barədə nazir özünün tvitterdəki səhifəsində bildirib.

“Heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə Ekspert Komissiyasının üzvləri ilə ilk görüşümüzü keçirdik və bu sahədə gələcək planlarımızı müzakirə etdik. Komissiya üzvlərinə dəyərli töhfələrinə görə təşəkkür edirəm”, – nazir əlavə edib.

Gununsesi.info