Araik Arutunyan zirzəmidə iclas keçirir - FOTOLAR

  • By admin
  • 06 Noyabr 2020 17:49

Son günlərini yaşayan Qarabağdakı qondarma rejiminin “rəhbəri” Araik Arutunyanın yeni fotoları yayılıb.

Gununsesi.info xəbər verir ki, fotoşəkillər Arutunyanın Facebook səhifəsində yerləşdirlib. Fotolardan aydın olur ki, separatçıların “lideri” zirzəmidə iclas keçirir.

İclasa qondarma rejimin siyasi partiya nümayəndələrinin qatıldığı bildirilir. İclasın keçirildiyi zirzəminin Qarabağın Ermənistanla sərhədində yerləşdiyi təxmin olunur.

Gununsesi.info