Litva Rusiyadan qaz idxalını tamamilə dayandırıb.
Gununsesi.info xəbər verir ki, bunu Litva energetika naziri Deyvis Kreyvis deyib.
“Bu aydan etibarən Litvada artıq rus qazı yoxdur. Litva bu gün Rusiya ilə enerji əlaqələrini kəsməyə imkan verən qərarlar qəbul etdi. Bu qərar Litvanın enerji müstəqilliyi tarixində dönüş nöqtəsidir. Eyni davranışı AB üzvlərindən də gözləyirik”, – Kreyvis bildirib.
Gununsesi.info