Nəriman Həsənzadənin vəziyyəti açıqlandı

  • Müəllif: Firuzə
  • 29 İyun 2026 11:00

Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb.

Gununsesi.info  xəbər verir ki, Mərkəzi Klinikadan APA-ya verilən məlumata görə, Xalq şairinin vəziyyəti ağır stabil olaraq qalır.

Bildirilib ki, Nəriman Həsənzadənin kompleks müalicəsi davam edir.

Qeyd edək ki, Xalq şairi Nəriman Həsənzadə xroniki orqan çatışmazlığı diaqnozu ilə Mərkəzi Klinikaya yerləşdirilib.

Gununsesi.info