Milli Məclisin iclasının gündəliyi dəyişib.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
İclasın gündəliyinə “Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatının təsdiq edilməsi haqqında” məsələ daxil edilib.
Qeyd edilib ki, Bəyanat Avropa Parlamentində dünən keçirilən dinləmə və saxta ittihamlarla dolu qəbul edilən sənədə qarşıdır.
***
Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə ilə bağlı Milli Məclisin Bəyanat mətninin hazırlanması məqsədilə komissiya yaradılıb.
Gununsesi.info xəbər verir ki, bunu spiker Sahibə Qafarova Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
Spiker qeyd edib ki, komissiyaya deputat Şahin İsmayılov sədrlik edəcək. Üzvlər isə Fəzail İbrahimli, Zaur Şükürov, Pərvanə Vəliyeva və Bəhruz Məhərrəmov olub.







