Avropa Şurasının baş katibindən Bakı və İrəvana xəbərdarlıq-

  • By admin
  • 17 Noyabr 2021 10:47

Avropa Şurasının baş katibi Mariya Pejçinoviç Buriç Ermənistanla Azərbaycan arasında gərginləşən vəziyyətə dair bəyanat yayıb.
Avropa Şurasından Gununsesi.info-ya göndərilən bəyanatda deyilir:

“Mən Ermənistan və Azərbaycan arasında davam edən və artıq insan həyatı bahasına başa gələn insidentlər barədə xəbərlərdən dərin narahatam.

“Avropa Şurası adından hər iki tərəfi hərbi əməliyyatların yenidən eskalasiyasını dərhal dayandırmağa çağırıram.

“İyirmi ildən çox əvvəl bizim təşkilata üzv olanda həm Ermənistan, həm də Azərbaycan münaqişənin sülh yolu ilə həllinə dair öhdəlik götürüblər. Bu öhdəlik dəyişməz olaraq qalır və ona ciddi şəkildə riayət edilməlidir.

“Avropa Şurası Ermənistan və Azərbaycana fikir ayrılıqlarının sülh yolu ilə həllinə kömək etmək üçün ATƏT-in Minsk Qrupunun həmsədrlərinin davamlı səylərində tam dəstəyini bir daha bəyan edir.

“Biz etimad yaratmaq və barışığı təşviq etmək məqsədilə bu iki üzv dövlət arasında dialoqu asanlaşdırmağa hazırıq”.

Günay Təhməzova
Gununsesi.info