Azərbaycan Yazıçılar Birliyinin üzvlük haqqını tələb etmə məsələsi ədəbi cameənin gündəmində qalmaqda davam edir.
Kimisi bunun doğru olduğunu, nizamnaməyə uyğun olduğunu bildirsə də, kimisi də etiraz edir, AYB-nin onlar üçün heç nə etmədiyini bildirir.
Yazıçılar Birliyinin sədri Anar da üzvlük haqlarını tələb etməsi ilə bağlı açıqlama verib.
Sözügedən məsələ ilə bağlı Xalq şairi Sabir Rüstəmxanlı Gununsesi.info-ya açıqlama verib.
O bildirib ki, üzvülük haqqı simvolik bir işdir:
“Üzvlərə xatırladır ki, sən bu qurumun üzvüsən və müəyyən nizamnamə məsuliyyətin var. Bizim şəraitimizdə üzvlük haqqı ilə təşkilat saxlamaq olmaz. Real görünmür. Məncə, AYB-ni təsadüfi üzvlərdən təmizləmək lazımdır, lakin üzvlük haqqı tələbi ilə yox, yaxşı bədii əsər tələbi ilə”, – deyə o, həmçinin bildirib.
Orxan












