Mərhum Əməkdar artist Aygün Bəylərin qızı Canan anasının vəfatından sonra ilk dəfə danışıb.
Gununsesi.info xəbər verir ki, o, “Xəzər axşamı”nda öz arzularını dilə gətirib:
“Avropa Azərbaycan Məktəbində oxuyuram. Uşaqlıqdan çox arzularım olub. Mən də müəllim olmaq istəmişəm. Sonra fikrimi dəyişdim. Dedim ki, musiqiçi olacağam. İndi fikrimdə tutmuşam ki, böyüyəndə alınsa, rəssam olacam. Alınmasa, animasiyalarla məşğul olacam, animator olacam.
“Bülbül”də iki il oxumuşam. Forte-piano üzrə təhsil alırdım. İkinci sinifdə fikir verdim ki, heç ev tapşırıqlarını da həvəslə etmirəm. Dedim, ana, mən musiqini istəmirəm, niyə məni məcbur gönədərirsən? Mənə sonuncu öyrətdiyi mahnı “Özün günahkarsan” olub. Nə vaxtsa onu sizin üçün ifa etmək istəyərəm”.
Daha ətraflı süjetdə: