
10 noyabr 2023-cü il tarixində İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin Ermənistanın “CivilNet” platformasına verdiyi müsahibə zamanı səsləndirdiyi təxribat zarakterli əsassız fikirləri qətiyyətlə pisləyirik”.
Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi, mətbuat katibi Ayxan Hacızadənin İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin səsləndirdiyi qərəzli fikirlərə dair şərhində deyilir.
İran Prezidentinin sözləri, habelə son dövrlərdə Azərbaycan və İran arasında ikitərəfli münasibətlərin inkişafında müsbət dinamikanın fonunda İran səfirinin ərazi bütövlüyümüz və suverenliyimizə qarşı səsləndirdiyi fikirləri təxribat kimi qiymətləndiririk.
İran tərəfindən isə münasibətlərimizin ruhuna uyğun olmayan bu kimi addımların qarşısının alınmasını, habelə səfir tərəfindən səsləndirilmiş fikirlərlə bağlı İran tərəfindən müvafiq addımlar atılacağını gözləyirik.
Gununsesi.info