Putinin varisi öldü

  • By Admin2
  • 26 İyun 2026 16:28

Rusiyanın keçmiş müdafiə naziri Sergey İvanov dünyasını dəyişib.

Gununsesi.info Rusiya KİV-nə istinadən xəbər verir ki, onun ölümü barədə fəxri prezidenti olduğu “VTB Vahid Liqası” məlumat yayıb. Bu məlumatı Rusiya Hərbi Tarix Cəmiyyəti (RHTC) də təsdiqləyib – İvanov orada qəyyumlar şurasının sədri idi. Onun 73 yaşı var idi.

Sergey İvanov 2001–2007-ci illərdə Müdafiə Nazirliyinə rəhbərlik edib. Bu vəzifədən getdikdən sonra o, Rusiya hökumət sədrinin birinci müavini və müavini (2007–2011-ci illərdə) postlarını tutub. Daha sonra Prezident Administrasiyasına keçərək 2011–2016-cı illərdə bura rəhbərlik edib. 2016-cı ildən 2026-cı ilə qədər isə Rusiya Federasiyası Prezidentinin təbiəti mühafizə fəaliyyəti, ekologiya və nəqliyyat məsələləri üzrə xüsusi nümayəndəsi olub.

Fevralın 4-də Sergey İvanov bu vəzifədən istefa vermişdi. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun  bildirdiyinə görə, İvanov istefaya getməyi özü istəmişdi.

Qeyd edık ki, İvanov 2008-ci ildə Dmitri Medvedevlə yanaşı Putini prezident postunda əvəz edəcək potensial namizəd kimi baxılırdı. Sonradan Dmitri Medvedevin namizədliyi təsdiqlənmiş, o 2008-2012-ci illərdə prezident səlahiyyətlərini icra etmişdi.

Gununsesi.info