
Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda mənzillərin bahalaşması qeydə alınıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Belə ki, 2025-ci ilin ilk üç ayında Azərbaycanın mənzil bazarında qiymətlər 2024-cü ilin eyni dövrünə nisbətən 14,4% artıb.
Bahalaşma ilkin mənzil bazarında 12,9%, təkrar mənzil bazarında isə 14,4% olub.
Bununla yanaşı, 2025-ci ilin I rübündə mənzil bazarında qiymət indeksi 2024-cü ilin IV rübü ilə müqayisədə 4,4%, o cümlədən, ilkin mənzil bazarı üzrə 2% olub.
Qeyd olunub ki, təkrar mənzil bazarı üzrə isə bu göstərici 4,5% təşkil edib.