Azərbaycanın iki diplomatı “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan təxliyə edilib.
Gununsesi.info “Report”a istinadən xəbər verir ki, təxliyə olunanlar arasında Rusiyanın da üç diplomatı olub.
Bundan başqa, Çexiyanın da 3 diplomatı İrandan Azərbaycana təxliyə edilib.
Daha əvvəl də xəbər verdiyimiz kimi, martın 6-da saat 18:00-dan 21:00-dək İrandan Azərbaycana 26 ölkənin 210 vətəndaşı təxliyə olunub.












