Azərbaycan güləşçisi dünya çempionatında medal qazandı - FOTO

  • Müəllif: Günel
  • 19 Avqust 2025 21:17

Bolqarıstanın Samokov şəhərində U20 dünya çempionatı davam edir.

Gununsesi.info xəbər verir ki, üçüncü yarış günündə Azərbaycanın daha bir sərbəst güləşçisi fəxri kürsüyə qalxıb.

Vasif Bağırov (57 kq) təsəlliverici görüşdə yaponiyalı Rin Sakamotoya heç bir şans tanımayıb – 10:2. O, həlledici qarşılaşmada isə moldovalı moldovalı Yon Bulqarunu 8:2 hesabıyla üstələyərək bürünc medalı boynundan asıb.

Anar Cəfərli (92 kq) bürünc medal uğrunda qarşılaşmada amerikalı Konnor Mirasolaya uduzaraq (0:10) beşinci yerlə kifayətlənib.

 

Gununsesi.info