Azərbaycan Ordusu GERİ ÇƏKİLMƏYİB -İrəvan etiraf edir

  • By admin
  • 19 Sentyabr 2022 10:59

Ermənistan Müdafiə Nazirliyi son açıqlamasında sərhəddə heç bir dəyişikliyin qeydə alınmadığını qeyd edib.

Gununsesi.info xəbər verir ki, bu açıqlama Ermənistan ordusunun baş qərargah rəisi Edvard Asryanın iddialarının təkzib edilməsidir.

E.Arsyan ötən həftə iddia edirdi ki, Azərbaycan ordusu irəlilədiyi məvqelərin bir neçə istiqamətindən geri çəkilib, eyni zamanda, bəzi bölmələri mühasirəyə düşə bilər.

Ermənistan Müdafiə Nazirliyi isə son açıqlamasında Azərbaycan ordusunun nəzarəti bərpa etdiyi ərazilərdən geri çəkilmədiyini təsdiq edir. İrəvanı bu etirafı etməyə məcbur edən beynəlxalq səviyyədə başladıqları “Azərbaycan Ermənistan ərazilərindən çıxmır” kampaniyasıdır.

Gununsesi.info