Azərbaycana gətirilən 1 ədəddən artıq mobil telefonlara 100 manat aksiz vergisi tətbiq ediləcək

  • Müəllif: Firuzə
  • 23 Oktyabr 2025 15:32

Azərbaycana gətirilən mobil cihazlara gömrük rüsumu ilə paralel aksiz vergisi də tətbiq ediləcək.

Gununsesi.info-nun xəbərinə görə, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Beləliklə, bazar qiymətindən asılı olmayaraq təqvim ili ərzində 1 ədəddən artıq mobil cihaz üçün 100 manat aksiz vergisi tətbiq olunacaq.

 

Gununsesi.info