Azərbaycanda ulduz kateqoriyalı hotellərin sayı artdı

  • Müəllif: Firuzə
  • 21 İyul 2026 20:46

Dövlət Turizm Agentliyi daha 3 hotelə ulduz kateqoriyası verib.

Gununsesi.info  xəbər verir ki, bunlardan biri 5 ulduzlu, biri 4 ulduzlu, digəri isə 3 ulduzlu kateqoriyaya aid edilib.

Bununla da ölkədə ulduz kateqoriyalı hotellərin ümumi sayı 275-dən 278-ə yüksəlib.

Hazırda Azərbaycanda 24 hotel 5 ulduzlu, 44 hotel 4 ulduzlu, 98 hotel 3 ulduzlu, 81 hotel 2 ulduzlu, 31 hotel isə 1 ulduzludur. Ulduz kateqoriyalı hotellərin 201-i Bakıda yerləşir ki, bu da ölkə üzrə ümumi göstəricinin təxminən 72 %-ni təşkil edir.

Gununsesi.info