Azərbaycanda yazın qar sürprizi - FOTOLAR

  • By admin
  • 08 May 2022 11:57

Quba və Qusarın dağlıq yaşayış məntəqələrinə qar yağıb.

Gununsesi.info xəbər verir ki, dünəndən etibarən şimal bölgəsində hava şəraiti kəskin dəyişib. Gündüz saatlarında bölgədə güclü külək olub. Axşam isə yağış, sulu qar və dağlıq ərazilərdə qar yağıb.

Qubanın Qrız kəndində 2, Xınalıqda 1 santimetr hündürlüyündə qar qeydə alınıb.

Gununsesi.info