Azərbaycanın İsraildə səfirlik açması günün tələbidir - NAQİF HƏMZƏYEV

Nəhayət, uzun illərdən sonra  Azərbaycan İsraildə səfirlik açmaq qərarı verib.

Qeyd edək ki, İsrailin Azərbaycanda səfirliyinin olmasına baxmayaraq, neçə ildir ki, rəsmi Bakı  bu ölkədə diplomatik nümayəndəlik yaratmaq barədə düşünmürdü.

Görünür, İsraildə səfirlik açmaq qərarımız  İranla Azərbaycan arasında yaranmış gərgin münasibətdən sonra  qərarlaşdırıldı.

Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev  Azərbaycanın İsraildə səfirliyi açılmasının böyük önəm daşıdığını deyib:

“Azərbaycanın İsraildə səfirlik açması günün tələbidir. Bizim İsrail ilə münasibətlərimiz yüksək səviyyədə, hərtərəfli əməkdaşlıq münasibətlərinə söykənir. Biz bir çox məsələlərdə İsrail ilə yaxından əməkdaşlıq edirik, müttəfiqli münasibətlərimiz var.  44 Günük Vətən müharibəsi bir daha göstərdi ki, Azərbaycanın dostu və düşməni hansı ölkələrdir. Biz 44 Günlük Vətən müharibəsində İsraildən özümüzə dəstək gördük. Bu baxımdan hesab edirəm ki, bizim orada səfirliyimiz mütləq fəaliyyətə başlamalıdır. Sevindirici haldır ki, Milli Məclis bununla bağlı qərar layihəsini təsdiqlədi”.

Mətləb

Gununsesi.info