Heydər Əliyevin üç əmisini və ailə üzvlərini ermənilər öldürüb -  Araşdırmaçı Comərdli faciəsindən yazır

  • By admin
  • 18 Noyabr 2022 13:31

 

 

“Prezident İlham Əliyevin hərbi formada olan şəkillərini Təbrizdə küçələrə yapışdırırlar. Üzərində müxtəlif şüarlar var… İndiki məqamda belə bir aksiyaya ehtiyac varmı? Bu, müzakirəyə açıq məsələdir. Amma madam ki, belə aksiya keçirilir, heç olmasa, bir az yaradıcı olmaq lazımdır”.

“Gunusesdi.info” xəbər verir ki, bu fikirləri araşdırmaçı Aydın Allahverdi “Feysbuk” səhifəsində yazıb. “Əvvəla, Təbriz küçələrində şüar paylaşırsınızsa, bunu niyə latın əlifbası ilə yazırsınız ki? Xəbəriniz varmı, Güney Azərbaycanda milyonlarla insan latın əlifbasında oxuya bilmir”, – o sözlərinə əlavə edib.

A.Allahverdi ən önəmli məqam kimi İlham Əliyevin posterlərində Azərbaycan Prezidentinin əslən Ərdəbildən olduğunun yazılmamasını qeyd edir. “Guneylilər İlham Əliyevin əslən Ərdəbildən olduğunu bilsələr təbliğat daha effektli olmazmı”, – o sual edir.

Araşdırmaçı daha sonra yazıb:

“Prezident İlham Əliyev ata tərəfdən əslən Ərdəbildəndir. 18-ci əsrin ortalarında ulu babası Comərd bəy Pənahəli xanla bərabər Qarabağa gəlib. İlham Əliyev “Şuşanın təməlini mənim ulu babalarım qoyub” deyəndə bunu nəzərdə tutub. Sonra indiki Comərdli kəndində (Qarakilsə rayonu) məskunlaşıblar. 1918-ci il qırğınlarından sonra Naxçıvana köçüblər.

Yeri gəlmişkən, qeyd edim ki, əvvəlki statusumda İlham Əliyevin Qaregin Njdeyə şəxsi nifrətindən yazmışdım. Görünür, bu ifadə bəzilərinin xoşuna gəlməyib. Zənn ediblər ki, bu ifadəni yazmaqla Prezidenti tərifləmək məqsədi güdürəm. Əslində bu, Azərbaycanın yaxın tarixidir. “Comərdli soyqırımı” Azərbaycan tarixinin ən faciəli hadisələrindəndir. Təxminən 200 nəfərlik bir kəndin yarısını bir gündə yox ediblər. Bunlar hamısı indiki Azərbaycan Prezidentinin ailə üzvləri olub. Bunu bu ölkədə nə qədər insan bilir?

Təsəvvür edin ki, ölkə başçısı olmuş bir adamın (Heydər Əliyevin red.) 4 əmisindən 3-nü ermənilər öldürüb;

– Heydər Əliyevin Qafar adlı əmisini, onun həyat yoldaşını və 10 yaşlı uşağının süngü ilə doğrayıblar;

– İlham Əliyevin atasının Ərsuvar adlı əmisini döyərək öldürüblər;

– İlham Əliyevin atasının Zeynalabidinin adlı əmisinin hamilə arvadını öldürüblər;

– İlham Əliyevin atasının baba və nənəsini – Cəfər və Gülcahanı ermənilər öldürüb;

– İlham Əliyevin nənəsi İzzətin atasını, anasını və 7 qardaşını (balacasının adı Heydər olub) bir gündə öldürüblər;

– İlham Əliyevin atasının ögey anası, yeni doğulmuş ögey bacısı hadisələr zamanı ölüb”.

 

Elmar