“Azəriqaz” İB bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

  • By admin
  • 30 Dekabr 2022 16:17

Bayram günlərində (31.12.2022 – 04.01.2023) Bakı Regional Qazın Satışı Departamentinin (BRQSD) Müştəri xidməti şöbəsinin əməkdaşları Abşeron, Mərdəkan, Sabunçu xidmət sahələrində və BRQSD-nın inzibati binasında vətəndaşlara xidmət göstərəcəklər. 24/7 fəaliyyət göstərən 104/185 Çağrı Mərkəzinin fəaliyyəti gücləndiriləcək.

Qaz təsərrüfatına dair abonentləri narahat edən hər hansı məqam olarsa, 104/185 Çağrı Mərkəzinə zəng edə, 077 3 104 104 saylı “Whatsapp” nömrəsinə yazmaqla məlumat verə bilərlər.

Gununsesi.info