Azay Quliyev Yunanıstana gedir

  • By admin
  • 22 Noyabr 2021 12:31

ATƏT PA-nın Cənubi-Şərqi Avropa üzrə Xüsusi Nümayəndəsi kimi 22- 24 noyabr tarixlərində Yunanıstana etdiyim səfər çərçivəsində parlament, hökumət və siyasi partiya təmsilçiləri ilə görüşlərim nəzərdə tutulur.

Gununsesi.info xəbər verir ki, bunu ATƏT PA-nın vitse-prezidenti, deputat Azay Quliyev bildirib.

A.Quliyev yunan həmkarları ilə qarşılıqlı maraq doğuran məsələləri, regionda mövcud olan çağırışları və bu çağırışların həllində ATƏT PA-nın iştirakını və rolunu ətraflı müzakirə etmək imkanının olacağına ümid etdiyini deyib.

Gununsesi.info