Azərbaycan futbolu adına çox sevinirəm - Qurban Qurbanov

  • Müəllif: Firuzə
  • 22 Yanvar 2026 00:59

“Qələbə münasibəti ilə azarkeşlərimizi təbrik edirəm. Bu qalibiyyət onların haqqı idi. Belə soyuq havada komandaya dəstək oldular”.

Gununsesi.info xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.

“Bəlkə də azarkeşlər bu qələbəni bizdən çox istəyirdilər. Təbii ki, futbolçularımı da təbrik edirəm. Meydanda intizamlı oyun var idi. Hətta, deyərdim ki, bəzi matçlarda görmədiyimiz intizamı gördük. Azərbaycan futbolu adına çox sevinirəm”, – o qeyd edib.

Gununsesi.info