“Azneft” təhlükəsizlik tədbirlərini gücləndirdi

  • Müəllif: Firuzə
  • 04 Fevral 2026 11:53

Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, qeyri-sabit, küləkli keçməsi ilə bağlı SOCAR-ın “Azneft” İstehsalat Birliyinin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.

“Azneft”dən Gununsesi.info-ya verilən məlumata görə, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər həyata keçirilib.

Qeyd olunub ki, bütün sahələrdə maarifləndirmə aparılır, mövcud vəziyyət nəzarətdə saxlanılır.

Gununsesi.info