Bakı-Qazax yolunda 40 maşın toqquşub Ölən və yaralılar var (VİDEO)

  • By admin
  • 01 Yanvar 2022 12:20

Bakı-Qazax magistralında 40-a yaxın maşının iştirakı ilə baş verən zəncirvarı qəza ilə bağlı yeni məlumatlar var.

Hadisə magistiralın 113 –cü km-də, Hacıqabul şəhərinin ərazisindən keçən yerdə baş verib.

Hadisə nəticəsində 1 nəfər ölüb,15 nəfər yaralanıb.

Hadisə yerindən foto və videonu təqdim edirik.

**

Bakı-Qazax magistral yolunda ağır yol qəzası baş verib.

Bakı Qazax magistral yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində 40-a yaxın avtomobilin iştirakı ilə zəncirvarı qəza baş verib.

İlkin məlumata görə, hadisə nəticəsində ölən və yaralılar var.

Əlavə məlumat veriləcək. (APA)

Gununsesi.info