Bakıda dələduzluq hadisəsi: 48 yaşlı kişini aldadıb 94 min manatını aldılar

  • By admin
  • 07 Sentyabr 2021 19:19

Bakı şəhər sakinindən beş aydır ki, külli miqdarda vəsait alınıb və geri qaytarılmayıb.

Bununla bağlı zərərçəkmiş – 1972-ci il təvəllüdlü Yusif Nəcəfov polisə müraciət edib.

O bildirib ki, cari ilin aprel ayında 1986-cı il təvəllüdlü Afiq Məmmədov onu aldadıb və 94.000 manat pulunu alıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsində araşdırma aparılır.

Gununsesi.info