Badmintonçularımız ilk MDB oyunlarında ikinci qələbəsini qazandı, növbəti rəqib Ermənistandır – YENİLƏNİB+FOTO

  • By admin
  • 07 Sentyabr 2021 18:48

Badmintonçularımız ilk MDB oyunlarında ikinci qələbəsini qazanıb.

Komandamız qrup mərhələsinin ikinci turunda Özbəkistan seçmə kollektivini 4:1 hesabı ilə məğlub edib.

Badmintonçmularımız növbəti görüşünü bu gün Bakı vaxtı ilə saat 19:30-da Ermənistan yığmasına qarşı keçirəcək.

Badmintonda komanda yarışına sabah yekun vurulacaq. Komandamız 4 və 5-ci turda müvafiq olaraq Rusiya və Qazaxıstan yığmaları ilə qarşılaşacaq.

Xatırladaq ki, komandamız ilk turda Belarusu təmsil edən seçmə kollektivə 4:1 hesabı ilə qalib gəlib.

 

15:00

Rusiyanın Kazan şəhərində keçirilən MDB Oyunlarında badminton üzrə milli komandamız qrup mərhələsində Belarusla qarşılaşıb.

Gununsesi.info xəbər verir ki, beş kateqoriya üzrə keçirilən komanda yarışında badmintonçularımız 4:1 hesabı ilə qalib gəlib.

Komandamız qrup mərhələsində növbəti görüşünü bu gün Bakı vaxtı ilə saat 15:30-da Özbəkistan komandasına qarşı keçirəcək. III turda isə komandamız Ermənistanla qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Qeyd edək ki, qrup mərhələsində IV və V turun görüşləri sabah keçiriləcək. Badmintonçularımız Qazaxıstan və Rusiyanı təmsil edən komandalarla qarşılaşacaq.

Gununsesi.info