Bakıda daha bir məktəbin fəaliyyəti dayandırıldı

  • By admin
  • 03 Mart 2021 10:18

Bakıda daha bir məktəb distant dərslərə keçib.

Gununsesi.info xəbər verir ki, Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən 106 saylı orta məktəb COVİD-19 səbəbindən artıq iki gündür ki, distant tədrisə keçib. Sözügedən məktəb məlumatı saytımıza təsdiq edib.

Qeyd olunub ki, bu həftənin 1-ci günündən etibarən 106 saylı məktəb müvəqqəti olaraq distant dərslərə qayıdıb, növbəti həftənin ikinci günündən etibarən dərslər bərpa olunacaq.

Gununsesi.info