Bakıda kişinin əli yem üyüdən dəzgahda qaldı -VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda 1969-cu il təvəllüdlü kişinin əlinin yem üyüdən dəzgahda sıxılı vəziyyətdə qalması ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

FHN xəbər verir ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Xilasedicilərin təcili tibbi yardım briqadasının müşayiəti ilə həyata keçirdiyi xilasetmə tədbirləri (xüsusi alət vasitəsi ilə dəzgahı kəsərək hissələrə ayırıblar) nəticəsində vətəndaşın əli dəzgahda çıxarılıb.

Xəsarət alan şəxs təcili tibbi yardım briqadasına təhvil verilib.

Gununsesi.info