Bakıda mağaza yanıb

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 600 kvadratmetr olan ərzaq və müxtəlif təyinatlı malların satışı mağazasının dam örtüyünün taxta atmaları, şüşə-pambıq üzlük 180 kvadratmetr sahədə və rəflərə yığılan müxtəlif təyinatlı mallar 225 kvadratmetr sahədə yanıb.

Gununsesi.info xəbər verir ki, yüksək temperaturdan 15 ədəd soyuducu, 1 ədəd kondisioner və lambirdən ibarət tavan əriyib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən xəbərə görə, mağazanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Gununsesi.info