Qarabağın erməni icmasının nümayəndələri görüş üçün Yevlaxa gəlir - Video

  • Müəllif: Şəbnəm
  • 21 Sentyabr 2023 09:58

Lokal xarakterli antiterror tədbirləri nəticəsində ağ bayraq qaldıraraq təslim olan və danışıqlara razı olan qarşı tərəf bu gün görüş üçün Yevlax rayonuna gəlir.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, Xankəndidən gələn nümayəndə heyəti artıq Ağdam rayonunu keçərək Yevlax şəhəri istiqamətinə doğru hərəkət edir.

Xatırladaq ki, sentyabrın 20-si Xankəndidəki qanunsuz rejim ağ bayraq qaldıraraq təslim olub. Belə ki, separatçılar Azərbaycanın Yevlaxda görüş keçirmək çağırışı ilə razılaşıblar.

 


Gununsesi.info