Bakıda polis yol qəzasında xəsarət aldı

  • By admin
  • 04 Fevral 2023 18:10

Bu gün saat 17 radələrində paytaxtın Nizami rayonunda iki avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, hadisə zamanı xəsarət alanlar olub:

““Rang-Rover” və “Opel” markalı avtomobillərin iştirakı ilə baş verən yol nəqliyyat hadisəsində “Opel” markalı avtomobilin sərnişini olan polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarəti alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib”.

Faktla bağlı Nizami RPİ-də araşdırma aparılır.

Gununsesi.info