Bakıda qadın özünü 6-cı mərtəbədən yerə atdı

  • Müəllif: admin
  • 03 İyun 2021 12:38

Bakıda 64 yaşlı qadın intihar edib.

Gununsesi.info xəbər verir ki, hadisə Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsindəki çoxmərtəbəli binada qeydə alınıb.

Ruhi xəstəlikdən əziyyət çəkən S.Məmmədova özünü yaşadığı evin 6-cı mərtəbəsindən yerə ataraq intihar edib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.