Bakıda sevgilisini güllələyən polis özünü də vurdu – Rəsmi AÇIQLAMA

  • By admin
  • 20 May 2021 15:13

Bu gün – mayın 20-də günorta saatlarında Yasamal rayonu ərazisində rayon polis idarəsinin əməkdaşı, 1995-ci il təvəllüdlü Həsən Osmanov qısqanclıq zəminində tabel silahından atəş açaraq, tanışı 1996-cı il təvəllüdlü Fatimə Hüseynovanı qətlə yetirib, özü isə intihara cəhd edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.

Rəsmi məlumata görə, H.Osmanovun sağlamlıq durumu ağır qiymətləndirilir. Faktla bağlı cinayət işi qaldırılıb, zəruri istintaq və əməliyyat tədbirləri həyata keçirilir.

Yerli KİV-lərdə yayılan məlumata görə, Fatimə Hüseynova Həsən Osmanovun sevgilisi olub.