Bakıda yol qəzası olub: Xəsarət alanlar var

  • By Günel
  • 15 Mart 2025 08:16

Bakının Xəzər rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info “Report” a istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sürücü, 2000-ci il təvəllüdlü Əliyev Rəvan Nizami oğlu və onun sərnişinləri – 2003-cü il təvəllüdlü Hüseynova Zeynəb Məhərrəm qızı və 2005-ci il təvəllüdlü Bəyəliyeva İlkanə İlkin qızı xəsarət alıblar.

Yaralılar müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info