Bakının bu rayonlarında SU OLMAYACAQ

  • By admin
  • 25 Noyabr 2021 10:59

Bakının iki rayonunda içməli suyun verilişi müvəqqəti dayandırılacaq.

“Azərsu” ASC-dən Publika.az-a verilən məlumata görə, magistral su xəttində baş vermiş qəza ilə əlaqədar 25 noyabr 2021-ci il tarixində gün ərzində Binəqədi və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Gununsesi.info