Bakının tıxacdan qurtulması üçün 1 milyon adam köçürülməlidir

  • By admin
  • 20 Oktyabr 2022 23:50
“Ölkəmizdə hər min nəfər düşən maşın sayı 120-130-a yaxındır. Amma Gürcüstanda bu rəqəm 300-ə yaxınlaşır, hətta Ermənistanda da hər 1000 nəfərə bizdən daha çox maşın düşür. Ona görə də Azərbaycanda tıxac məsələsi avtomobillərin çox olması ilə bağlı deyil, məhz infrastruktura görədir”.
Gununsesi.info bildirir ki, bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, vizual olaraq Bakıda yollarda avtomobillər çox görünsə də əslində dünya standartlarından geridə qalırıq.
Ekspertin fikrincə, digər tərəfdən, bütün iqtisadi fürsətlər Bakıya toplanıb, əhali də regionlardan Bakıya axın edir: “Azərbaycana gətirilən avtomobillərin 70-75%-i də Bakı və Abşeron yarmadasında qalır. Problem məhz buradan qaynaqlanır. Ona görə də əsas məsələ regionların inkişaf etdirilməsi, işğaldan azad olunmuş torpaqlara 1 milyon əhalinin köçürülməsinə nail olmaqdır. Bu zaman avtomobil sayı da mütənasib olaraq bölünəcək və Bakının yükü xeyli azalacaq. Bunun üçün isə normal, planı-proqramı olan hökumət qurmaq lazımdır”-deyə N.Cəfərli bildirib.
Mayis
Gununsesi.info