Binəli Yıldırım Qarabağda qəzaya düşdü

  • By admin
  • 20 Oktyabr 2022 21:35

Prezident Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfərdə müşaiyyət edən heyətin tərkibində Qarabağa gələn AKP genel başqan müavini Binəli Yıldırım və millət vəkili Şamil Ayrım Cəbrayılda qəzaya düşüb.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə mediası yazıb.

“Azərbaycana səfəri zamanı prezident Rəcəb Tayyib Ərdoğanla birlikdə olan AK Partiya sədr müavini Binəli Yıldırım və AK Partiya millət vəkili Şamil Ayrım yol qəzası keçirib.
AK Partiya sözçüsü Ömər Çelik və Efkan Alanın qəza keçirən Yıldırım və Ayrımla məşğul olmaq üçün Bakıda qaldıqları öyrənilib.

Digər tərəfdən Səhiyyə Naziri Fahrettin Koca qəza ilə bağlı paylaşımında “Azərbaycana səfər edən cənab Binəli Yıldırımın mühafizəsi ilə millət vəkilimiz Şamil Ayrımın maşını qəzaya uğradı. Danışdım, öyrəndim ki, hər üçünün səhhəti yaxşıdır və qəzadan cüzi sağ qalıblar. Bir daha ən xoş arzularımı bildirirəm” deyə yazıb.

Günay
Gununsesi.info