“BakuBus”un avtobusunda yanğın: Sərnişinlər təxliyə edildi – VİDEO

  • By admin
  • 13 Avqust 2021 14:46

Bakıda sərnişin avtobusunda yanğın hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə metronun “Xətai” stansiyasının yaxınlığında qeydə alınıb.

“BakuBus” MMC-yə məxsus 21 nömrəli marşrut xətti ilə hərəkətdə olan, 90-JX-216 dövlət qeydiyyat nişanlı avtobusun mühərrik hissəsi qəfildən yanmağa başlayıb.

Sürücü dərhal avtobusu saxlayıb və sərnişinlər təxliyə edilib. Alovun qarşısı yanğınsöndürən balonlar vasitəsilə alınıb.

Gununsesi.info