Merkel Putinlə görüşəcək

  • By admin
  • 13 Avqust 2021 14:47

Almaniya kansleri Angela Merkel Rusiyaya səfər edəcək.

Gununsesi.info xəbər verir ki, kansler avqustun 20-də Moskvada olacaq. Burada o, Rusiya prezidenti Putinlə görüşəcək və Donbasda vəziyyəti, həmçinin, “Şimal axını-2” layihəsini müzakirə edəcək.

Bundan sonra, avqustun 22-də Merkel Kiyevə səfər edəcək və prezident Vladimir Zelenski ilə danışıqlar aparacaq.