Karate Paris Olimpiadasının proqramından çıxarıldı

  • By admin
  • 13 Avqust 2021 14:49

Karate “Paris-2024” XXXIII Yay Olimpiya Oyunlarının proqramına daxil edilməyəcək.

Gununsesi.info-nun məlumatına görə, bu barədə “Paris-2024”ün Təşkilat Komitəsinin mətbuata açıqlamasında qeyd olunub.

Bildirilib ki, Olimpiadanın proqramı Beynəlxalq Olimpiya Komitəsinin qaydalarına ciddi riayət olunmaqla tərtib edilib və dəyişdirilməyəcək.