Behrudinin ingilis dilində kitabı çıxacaq

  • By admin
  • 03 May 2022 11:07

Türk dünyasının tanınmış şairi Rüstəm Behrudinin ingilis dilində kitabı çıxacaq.

Bu barədə Publika.az-a şairin özü məlumat verib.

Böyük Britaniyada nəşr olunacaq kitabda şairin müxtəlif illərdə qələmə aldığı ədəbi nümunələr toplanıb.

Rüstəm Behrudi bildirib ki, bu il onun həm də Azərbaycanda kitabının nəşri gözlənilir. Kitabda müəllifin son illərdə yazdığı şeirlər yer alacaq. Şair kitabın sentyabra qədər işıq özü görəcəyini vurğulayıb.

Qeyd edək ki, sentyabrın 14-də Rüstəm Behrudinin 65 yaşı tamam olacaq.

Gununsesi.info