Belqorodda Ukrayna PUA-ları vuruldu

  • By Admin2
  • 25 Yanvar 2025 16:51

Rusiyanın Belqorod vilayətində Ukrayna Silahlı Qüvvələrinə məxsus üç pilotsuz uçuş aparatı (PUA) vurulub.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Moskva vaxtı ilə saat 13:20 radələrində növbətçi hava hücumundan müdafiə sistemləri Belqorod vilayətinin ərazisində Ukraynaya məxsus pilotsuz uçuş aparatını məhv edib”, – nazirliyin bəyanatında deyilir.

Qeyd edilib ki, sonra hava hücumundan müdafiə sistemləri saat 14:10 radələrində daha iki pilotsuz təyyarəni məhv edib.

Gununsesi.info